29.07.2022

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov vətəndaşları qəbul edib

İyulun 29-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov vətəndaşları qəbul edib.

 

Qəbula gələn vətəndaşlar əsasən məktəbəqəbul, müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma və digər mövzularla bağlı müraciət ediblər.

 

Vətəndaşların müraciətləri qeydiyyata alınıb, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.