04.08.2022

Qızıl və gümüş medala layiq görülmüş məzunlara medallar təqdim edilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 2021-2022-ci tədris ilində tam orta təhsil səviyyəsində qızıl və gümüş medala layiq görülmüş məzunlara medallar təqdim edilib.

 

Tədbirdə idarənin rəhbər heyəti və təhsil sektorlarının əməkdaşları, həmçinin məzunların valideyn və müəllimləri iştirak ediblər.

 

Təqdimat mərasimində çıxış edən idarənin müdiri Gündüz Əbdülov bütün sahələrlə yanaşı, təhsil sahəsində də ardıcıl tədbirlər həyata keçirildiyini bildirərək ölkə rəhbərinin təhsilə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ilbəil yeni təhsil müəssisələrinin tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və telekommunikasiya texnologiyaları ilə təmin olunması, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı işlər aparıdığını qeyd edib.

 

Sonra qızıl və gümüş medalların təqdimatı olub. Gündüz Əbdülov qızıl və gümüş medallarla təltif olunan, fərqlənmə attestatına layiq görülən və ümumilikdə, 2021-2022-ci tədris ilində məktəbi bitirən bütün məzunları təbrik edib, qarşıdan gələn ikinci mərhələ qəbul imtahanlarında onlara uğurlar arzulayıb.

 

Çıxış edən valideyn və müəllimlər qızıl medala layiq görülmüş məzunlara göstərilən dövlət qayğısına görə minnətdarlığını bildiriblər.


Açar sözlər: ,  ,