08.08.2022

“Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Məktəbi” layihəsi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Şəhər Milli Təhsil İdarəsi, Bursa Böyük şəhər Bələdiyyəsi və "Birlik" Vəqfi Bursa şöbəsinin təşkilatı dəstəyi ilə 23-30 iyul tarixlərində Türkiyənin Bursa şəhərində Azərbaycandan 30, Türkiyədən 15 müəllimin iştirakı ilə “Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Məktəbi” layihəsi həyata keçirilib.

Müəllimlər  layihə müddətində bir çox maraqlı, öyrədici təlimlər keçiblər. "Təhsil sistemininin informasiyalaşdırılması", "Müəllimin  ikişaf xəritəsi", "İstedadlı uşaqları kəşf etmək", "Ağıl və zəka oyunlarının dərsə inteqrasiyası", "Sinfin idarə olunması", "Məktəb mühiti və təşkilati mədəniyyət" və s. təlimlərdə  aktiv iştirak ediblər. 21-ci əsr bacarıqlarına  sahib  gənc  müəllim üçün bu təlimlərin əhəmiyyəti  yüksəkdir. Daha sonra gənc müəllimlər Türkiyənin  Bursa şəhərində  təşkil olunan  Azərbaycan-Türkiyə mədəniyyət gecəsində də iştirak edərək Azərbaycani təmsil ediblər.

Layihədə  Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin fizika müəllimi Şəbnəm Məmmədova iştirak edərək regionu layiqincə təmsil edib və proqramin sonunda sertifikatla təltif olunub.

Qardaş ölkənin müəllimləri layihə çərçivəsində bir çox təlimlərdə fikir mübadiləsi edərək qarşılıqlı əməkdaşlıq ediblər.


Açar sözlər: ,  ,