10.08.2022

VIII sinif şagirdi Selcan Əliyeva Londonda keçirilən “Teenegle” Beynəlxalq Olimpiadada iştirak edərək bürüc medal qazanıb

Ağdam rayon 33 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Selcan Əliyeva Londonda keçirilən “Teenegle” Beynəlxalq Olimpiadada iştirak edərək bürüc medal qazanıb.

Beynəlxalq Olimpiadanın ilk mərhələsində uğur qazanaraq finala vəsiqə əldə edən 150 şagirddən biri də Selcan Əliyeva olub.

O, finalda bürünc medal qazanaraq Azərbaycan bayrağını Londonda Oksvord Universitetində fəxrlə dalğalandırıb.

Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!


Açar sözlər: ,