Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa rayonunun ümumtəhsil məktəblərinin şagirdləri və şəhid övladları üçün Şuşa şəhərində “Məktəblilərin Xarıbülbül düşərgəsi” təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının məlumatı əsasında Karvan Gənclərin İnkişafına dəstək İctimai Birliyi və Qeyri Hökümət təşkilatları tərəfindən keçirilən 32 şagirdin iştirak etdiyi düşərgə 2 gecə 3 gün davam edib.
Məktəblilər üçün təşkil olunan Xarıbülbül düşərgəsinin əsas məqsədi şagirdləri Şuşa şəhərinin keçmişi və müasir vəziyyəti ilə daha yaxından tanış etmək, onları vətənpərvər ruhda tərbiyə etməkdir.
Bununla əlaqədar olaraq düşərgədə iştirak edən şagirdlər üçün müxtəlif ekskursiyalar, təfəkkürlü oyunlar, elmi səviyyəli viktorinalar təşkil edilib.