16.08.2022

İş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin nəzərinə!

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

 

Müsabiqə üzrə ilk dəfə 202 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.

 

Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilən bu layihə insan resurslarının idarə edilməsində dünyada bir ilkdir. Layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir.


Açar sözlər: ,  ,