29.08.2022

İdarə müdiri Bakı şəhərində vətəndaşları qəbul edəcək

Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon sakinlərinin nəzərinə!

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, 02 sentyabr 2022-ci il  tarixində saat 10:00-dan 12:00-dək Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasında (Bakı  şəhəri, Yeni  Yasamal 2,  Ə.Əhmədov küçəsi 15 H) vətandaşları qəbul edəcək.

Qəbulda Bakı, Abşeron, Sumqayıt ərazisində yerləşən Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan işçi heyətin və müəssisələrlə bağlı digər şəxslərin iştirakı nəzərdə tutulub.

Vətəndaşlar qəbula yazılmaq üçün şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 462 ünvanına müraciət edə bilər və ya (012) 564-71-53 nömrəsi ilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran  məsələlərə operativ cavab vermək, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: