12.09.2022

Ağcabədi rayonunda yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

Sentyabrın 9-da Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayonu üzrə təhsil sektoru və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi yüksək bal toplayan məzunlarla görüş keçirib.

Görüş iştirakçıları çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb və yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıblar.

Sonda abituriyentlərə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,  ,