Füzuli rayonunda yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.
Görüşdə Millət vəkili Vüqar Bayramlı, Qarabağ Regional Təhsil İdarəsi Füzuli rayonu üzrə təhsil sektoru, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon komitəsi, məktəb rəhbərləri və valideynlər iştirak edib.
Görüş iştirakçıları çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb və yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıblar.
Sonda abituriyentlərə hədiyyələr təqdim olunub.