Şuşa rayonunun ümumtəhsil məktəblərinin yüksək bal toplayan abituriyentləri ilə görüş keçirilib.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayonu üzrə təhsil sektoru, məktəb rəhbərləri və valideynlər iştirak edib.
Görüş iştirakçıları çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb və yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıblar.
Sonda abituriyentlərə “Fəxri Fərman” lar və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şuşa rayon komitəsinin hədiyyələri təqdim olunub.