Xocalı rayonunun yüksək bal toplayan abituriyentləri ilə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Xocalı rayon Ərazi Partiya Təşkilatı, Qarabağ Regional Təhsil İdarəsi Xocalı rayonu üzrə təhsil sektoru, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı rayon komitəsi iştirak edib.
Görüş iştirakçıları çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb və yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıblar.
Sonda abituriyentlərə hədiyyələr təqdim olunub.