Xocavənd rayonunun yüksək bal toplayan abituriyentləri ilə görüş keçirilib.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsi Xocavənd rayonu üzrə təhsil sektoru, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocavənd rayon komitəsi, məktəb rəhbərləri və valideynlər iştirak edib.
Görüş iştirakçıları çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb və yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıblar.
Sonda abituriyentlərə hədiyyələr təqdim olunub.