24.09.2022

İdarə müdirinin yerlərdə görüşləri davam edir

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun yerlərdə vətəndaşlarla qəbul görüşləri davam edir.

Növbəti görüş sentyabrın 23-də Tərtər rayonunda keçirilib.

Qəbulda vətəndaşlar ümumi təhsil müəssisələrində pedaqoji və texniki heyət kimi işlə təmin olunma, əmək müqavilələrinin müddətinin uzadılması, şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri qeydiyyata alınıb, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.


Açar sözlər: ,  ,