27.09.2022

27 Sentyabr - Anım Günü ilə bağlı ümumrayon tədbirləri

Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi və digər vəzifəli şəxslər  27 Sentyabr - Anım Günü ilə bağlı ümumrayon tədbirlərində iştirak ediblər.

 

Tədbirlərin yekununda, saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Şəhidlər xiyabanlarını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

 

Şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan tədbir iştirakçıları  27 Sentyabr - Anım Gününün təsis edilməsini ölkə başçısı tərəfindən şəhidlərin xatirəsinə sonsuz ehtiramın, eləcə də şəhid doğmalarına həssas münasibətin bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.


Açar sözlər: