Tərtər rayon Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində Umudlu Şəhidlərinin əziz xatirəsinə inşa edilmiş Bulağın açılışı olub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər və Umudlu kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.