"5 oktyabr-Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müvafiq əmri və Qarabağ Regional Təhsil İdarəsi müdirinin əmrinə əsasən fəaliyyəti qiymətləndirilmiş müəllimlərlə görüşlər təşkil edilib.
Tədbirlərdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, müdir müavini Anar Məcidov, sektor müdirləri və müəllimlər iştirak edib.
Görüşdə çıxış edənlər şərəfli peşə sahiblərini bugün münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.