06.10.2022

Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq Tərtər rayonunda tədbirlər təşkil edilib

5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar olaraq Tərtər rayon R.Almuradov adına Ələsgərli kənd tam orta məktəbin müəllim və şagird kollekrivi Səhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

 

Bundan əlavə  5 Oktyabr Müəllimlər Günü xüsusi olaraq Tərtər Rayon Dağıstan Əzizov adına Şıxarx 1 saylı tam orta məktəbində Vətən Müharibəsi qazisi Nuruzadə İlkin Ələsgər oğlu Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri  təyin olunub. Bu münasibətlə İlkin Nuruzadə pedaqoji kollektivə təqdim edilib, daha sonra ulu öndər Heydər Əliyevin abidəsi, şəhidlər xiyabanı, məktəbin adını daşıdığı şəhid Dağıstan Əzizovun abidə komplekslərinə gül dəstələri qoyulub.


Açar sözlər: ,  ,  ,