Oktyabrın 07-də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun növbəti görüşü Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində baş tutub.
Vətəndaşlar təhsil müəssisələrində pedaqoji və texniki heyət kimi işlə təmin olunma, əmək müqavilələrinin müddətinin uzadılması, şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri qeydiyyata alınıb, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.