12.10.2022

"Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa müsabiqəsinin rayon mərhələsi keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.

 

İnşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə həyata keçirilir.

 

Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunur. Müsabiqənin final mərhələsi Bakı şəhərində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil edilmiş kompüter mərkəzlərində həyata keçiriləcək. Təhsilalanlar müsabiqənin nəticəsi ilə bağlı portal.edu.az platforması və SMS vasitəsilə məlumatlandırılacaqlar.


Açar sözlər: ,  ,  ,