Oktyabrın 12-də "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin "Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı" kitabının təqdimatı keçirilib.
Təqdimatda "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, regionun əməkdaşları, təhsil sektorunun müdirləri və məktəb rəhbərləri iştirak edib.
Qeyd edək ki, kitab Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib.