14.10.2022

Ağcabədidə Atletika üzrə istedadlı uşaqların müəyyən edilməsi layihəsi baş tutub

Azərbaycan Atletika Federasiyası tərəfindən 11 oktyabr 2022-ci il tarixdə keçirilən Atletika üzrə istedadlı uşaqların müəyyən edilməsi layihəsi Ağcabədi Rayon Gənclər və İdman İdarəsi, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektoru və Ağcabədi Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi ilə həyata keçirilib.

 

Layihə Ağcabədi Olimpiya İdman Kompleksidə baş tutub. Layihə çərçivəsində uşaqlar uzunluğa tullanma, top atma və 30m məsafəyə qaçış üzrə öz güclərini sınayıb.

 

Yekunda qalib və mükafatçılara medallar, diplomlar və hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,  ,