14.10.2022

İdarə müdiri Füzuli rayonunda vətəndaşları qəbul edib

Oktyabrın 14-də  Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun növbəti görüşü Füzuli rayonunun Horadiz şəhərində yerləşən Füzuli rayonu üzrə təhsil sektorunda baş tutub.

 

Qəbul zamanı müraciət edən vətəndaşların bir hissəsini şəhid ailələrinin üzvləri və müharibə veteranları təşkil edib. Qəbulda vətəndaşlar ümumi təhsil müəssisələrində pedaqoji və texniki heyət kimi işlə təmin olunma, əmək müqavilələrinin müddətinin uzadılması, şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

 

 Hər bir müraciətə fərdi qaydada baxılaraq araşdırılıb və nəticəsinə əsasən tədbirlər görülüb.

 

Qeyd edək ki, qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ cavab vermək, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: