Oktyabrın 21-də Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunmuş Sarıkişiyev Oqtay Vaqif oğlu rayonun təhsil ictimaiyyətinə təqdim edilib. Tədbir Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbində keçirilib.
Tədbir məktəbin ərazisində şəhidlərin xatirəsinə inşa olunmuş abidənin önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlayıb. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, idarənin digər vəzifəli şəxsləri və rayonun təhsil müəssisə rəhbərləri iştirak edib.