Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib. Tədbir Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə keçirilib.
Açılışda Ağcabədi şəhər 9 saylı tam orta məktəb direktoru Rizvan Quliyev, Ağcabədi rayon R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin direktoru Vüsalə Əliyeva və müəllimlər iştirak edib.
Layihənin məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.