Oktyabrın 31-də Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr “Zəfər günü” nə həsr olunmuş “Zəfər Yolçuları” adlı tədbir keçirilib.
Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Bərdə RİHB aparatının nümayəndələri, şəhid anaları, qazilər və Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynovun ailəsi və rayon ictimaiyyəti iştirak edib.
Tədbir zamanı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əl işlərindən ibarət hədiyyələr şəhid analarına və qazilərə təqdim edilib.
Tədbir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış kompozisiya və vətənpərvərlik ruhunda səsləndirilmiş musiqilərlə davam etdirilib.