02.11.2022

"Sənə zəfər yaraşır" adlı sərgi təşkil olunub

Noyabrın 2-də Tərtər rayon Uşaq Gənclər Inkişaf Mərkəzində "8 noyabr Zəfər günü"nə həsr olunmuş "Sənə zəfər yaraşır" adlı dərnək üzvlərinin hazırladığı əl işləri və çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunub.

 

Sərgidə Tərtər rayon təhsil sektorunun rəhbərliyi də iştirak edib, dərnək üzvlərinin hazırladığı işlərlə tanış olub.

 

Sərginin gələcəyimiz olan uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkili, həmçinin bacarıqlarının inkişaf etdirilməsinə təkan verəcəyi diqqətə çatdırılıb.


Açar sözlər: ,  ,