03.11.2022

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlərə start verilib

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun fəasdları, erkən nikah,  dini ekstremizm və digər bu kimi mövzulara həsr olunan silsilə tədbirlərə start verilib.

 

​M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyində keçirilən tədbirdə polis şöbəsinin, rayon icra hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun, QHT əməkdaşları, sözügedən məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.

 

Tədbirdə Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Elmir Dəmirçiyev çıxış edərək, narkomaniyanın, erkən nikahın, eləcə də dini radikalizmin müasir dövrümüzün ağrılı və acınacaqlı problemləri olmasından söz açıb. E. Dəmirçiyev narkomaniyanın artıq qlobal xarakter daşıyaraq ümumbəşəri bəlaya çevrilməsindən, narkotik vasitə və psixotrop maddələrin istafədəsi və satışının genişlənməsindən, bu bəlanın gənclərin həyatına müxtəlif yollarla daxil olaraq onları cəmiyyətdən təcrid etməsindən danışıb. 

 

O, problemin həlli üçün aidiyyatı qurumlar tərəfindən görülən tədbirlərin və maarifləndirici söhbətlərindavamlı olaraq keçirildiyini bildirib. Sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, təhsil sektorunun metodisti Tofiq Zeynalov və başqaları belə tədbirlərin keçirilməsində əsas məqsədin gəncliyimizi zərərli vərdişlərdən uzaq tutmaq olduğunu, bu cür neqativ halların milli-mənəvi dəyərlərimizə kölgə saldığını qeyd ediblər. Bununla bərabər erkən nikahın, dini savadsızlığın, sosial şəbəkələrdən düzgün istifadə edilməməsinin insan həyatında törətdiyi fəsadlardan da söz açılıb.

 

​Yekunda şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,