05.11.2022

8 noyabr- Zəfər Gününə həsr olunmuş bayram tədbirləri keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 8 noyabr- Zəfər Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.

 

Tədbirlərdə Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları, şəhər və rayon ictimaiyyəti, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və məktəb kollektivi iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirlərdə iştirakçılar qeyd ediblər ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.

 

Sonra təhsil müəssisələrinin fidanları 44 günlük Vətən müharibəsini və qələbəni səhnələşdirib, şeirlər söyləyib, mahnılar oxuyub, musiqi alətlərində mahnılar ifa ediblər.


Açar sözlər: ,  ,