Noyabrın 4-də Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəbdə 8 noyabr-Zəfər Günü ilə bağlı “Zəfərin mübarək, Azərbaycan!” adlı rəsm və əl işlərindən ibarət bədi kompozisyalı tədbir keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, sektor müdirləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müəllim və şagird kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Qarabağ Regional Təhsil İdarəsinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzüb və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək üçün Ağcabədi şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolu məclisdə iştirak edən şəhid ailə üzvülərinin dilindən bir daha dinlənilib.
Sonra Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri və sektor müdirləri şəhid Məmmədov Məhəmməd Abbas oğlunun ailəsini ziyarət ediblər.