06.11.2022

"Zəfər Günü"nə həsr olunmuş rayon tədbirl keçirilib

Şuşa rayon 6 nömrəli tam orta məktəbdə 8 noyabr- Zəfər Gününə həsr olunmuş rayon tədbirl keçirilib.

 

Tədbirdə Şuşa rayonu üzrə Yeni Azərbaycan Partiyasının sədri Təvəkkül Əliyev, Şuşa  rayon İcra Hakimiyyətinin əməkdaşı Nigar Ələmşahova, təhsil sektorunun əməkdaşları, məktəb rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb, Qarabağın baş tacı olan Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıblar.

 

Sonra şagirdlər 44 günlük Vətən müharibəsini və qələbəni səhnələşdirib, şeirlər söyləyib, mahnılar oxuyub, musiqi alətlərində mahnılar ifa ediblər.


Açar sözlər: ,  ,  ,  ,