09.11.2022

Ümumi təhsil müəssisələrində 9 Noyabr-Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər təşkil olunub

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 Noyabr-Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər təşkil olunub.

Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş  şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə ətraflı məlumat verilib.

Tədbirlərdə şagirdlər üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,  ,