11.11.2022

Ağcabədi “ASAN xidmət” mərkəzində vətəndaşlara təhsil xidmətləri təqdim olunur

Ağcabədi “ASAN xidmət” mərkəzində vətəndaşlara təhsil xidmətləri təqdim olunur.

 

Mərkəzdə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər:

 

- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;

- Cari təhsil alanlar üçün elektron təhsil arayışları;

- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);

- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);

- Təhsil Tələbə Kreditinə elektron müraciət (qeydiyyat);

- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı;

- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;

- Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu;

- Ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu;

- Sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatlarının verilməsi.

 

Qeyd olunan təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.

 

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

 

https://asan.gov.az/.../elm-ve-tehsil-nazirliyi...


Açar sözlər: ,  ,  ,