16.11.2022

Yeni təyin olunan direktorlar üçün təlimlərə start verilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlar üçün təlimlərə start verilib.

 

Qarabağ Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi yeni təyin olunan direktorların peşəkar inkişafı, hazırlıq səviyyələrinin artırılması və idarəetmə bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

 

Təlimlərdə mövzular ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılır.


Açar sözlər: ,  ,