17.11.2022

Direktor müavinlərinin işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

17 noyabr 2022-ci il tarixdə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

 

Qeyd edək ki, nəticələrin emalı prosesi yekunlaşdıqdan sonra yaxın günlərdə cavablar namizədlərin "Şəxsi kabinet”inə göndəriləcək. Müvafiq vəzifələr üzrə keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.


Açar sözlər: ,