20.11.2022

Direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı başa çatıb

Noyabrın 20-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan işə qəbul imtahanı başa çatıb. 

 

İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunub.

 

Qeyd edək ki, nəticələrin emalı prosesi yekunlaşdıqdan sonra yaxın günlərdə cavablar namizədlərin "Şəxsi kabinet”inə göndəriləcək. Müvafiq vəzifələr üzrə keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.


Açar sözlər: ,  ,