29.11.2022

Evdə təhsil alan I sinif şagirdi İsbəndiyar Allahverdiyevin evinə baş çəkilərək  ailə şəraiti və təhsil alması ilə maraqlanılıb

Qarabağ Regional Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən Şuşa rayon psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Şəhla Aslanova evdə təhsil alan I sinif şagirdi İsbəndiyar Allahverdiyevin evinə baş çəkərək  ailə şəraiti və təhsil alması ilə maraqlanıb.

İsbəndiyar Allahverdiyevin ibtidai sinif müəllimi Naciyə Kərimova şagirdin təhsil səviyyəsi barədə məlumat verərək bildirib ki, şagird hal-hazırda proqram materiallarını qismən mənimsəyir.

Şagirdin valideyni Şahnaz Allahverdiyeva isə Naciyə Kərimova barədə öz razılığını bildirib.


Açar sözlər: ,