Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi keçiriləcəkdir.
Müsahibələrin 06-20 dekabr tarixlərində Qarabağ Regional Təhsil İdarəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulur.
Namizədlərə test imtahanı mərhələsində uğur qazandıqları barədə telefon vasitəsi ilə məlumat verilmiş və bu barədə SMS bildirişi göndərilmişdir.
Test imtahanı mərhələsində uğur qazanmış namizədlər telefon vasitəsi ilə müsahibə mərhələsinə dəvət ediləcək və bu barədə SMS bildirişi göndəriləcəkdir.
Namizədlərdən xahiş olunur ki, qeyd edilmiş vaxtda müsahibə binasında olsunlar.
Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 96 nəfər namizəd iştirak edib ki, onlardan 58 nəfəri müvafiq keçid balını toplayıb. Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində isə 161 nəfər namizəd iştirak edib ki, onlardan 44 nəfəri uğur qazanıb.
Əlavə olaraq, şagird sayı 150-yə kimi olan ümumi təhsil müəssisəsində direktor olmaq üçün müraciət edən 32 nəfər namizəd test imtahanı mərhələsində iştirak etmədən birbaşa müsahibə mərhələsinə dəvət edilmişdir.
Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!