Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olan "Böyük Qaydış" futbol çempionatı layihəsinin final oyunları keçirilib.
Çempionatın ilk günündən 37 komandanın mübarizə apardığı yarışda finala yüksəlmiş Qayıdış 6 nömrəli məktəbin komandası ilə UGİŞM futbol komandası mübarizə aparıb. Gərgin keçən final oyununda UGİŞM-in futbol komandası yarışın qalibi olub.
Final mərhələsində layihə rəhbəri Mirdamet Quliyev, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar Imanov, Asəf Qasımov çıxış edərək futbolçulara ürək sözlərini bildiriblər.
Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri də hədiyyə edilib.