Ağdam rayon 68 nömrəli tam orta məktəbinin təşkilatçılığı ilə Ağdam Muğam mərkəzində 2022-ci ilin yekunu, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə Ağdam rayon təhsil sektorunun müdiri Tahir Abbasov, qazilər, ATİAHİ Ağdam Rayon Komitəsinin sədri Xalidə Həsənova, məktəb şagirdləri, valideynlər, müəllimlər və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Həsənova qonaqları salamlayıb və il ərzində şagirdlərin uğurları barədə məlumat verib. Tədbirdə il ərzində fəal müəllimlər, yüksək nəailiyyətli şagirdlər məktəb rəhbəri tərəfindən Fəxri fərmanla təltif edilib.
Tədbirdə şagirdlərin ifasında milli rəqslər və ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Məktəblilərin çıxışları maraqla qarşılanıb.
Sonda Şaxta baba və Qar qız şagirdləri öz hədiyyələri ilə sevindiriblər.