Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayonu üzrə təhsil sektorunun tabeliyində olan ümumi və məktəbdənkənar təhsil müəssisəsinin bir qrup rəhbərləri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.
Görüşdə şəhidlərin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılğından bəhs edilib, şəhid ailələrinin qayğı və problemləri dinlənilib.
Həmçinin qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Sonda Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildirmişlər.