"Tanıyaq tanıdaq" layihəsi çərçivəsində Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində Bərdə rayon şəhid Adil Süleymanov adına Şorəlli kənd tam orta məktəbin təşkilatçı müavini Kəmalə Zeynalovanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidlərindən Elməddin Telman oğlu Hüseynzadəyə həsr olunmuş "Açıq dərs" keçirilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açıq dərsdə Şəhid Elməddin Hüseynzadənin anası Arzu Hüseynova, döyüş yoldaşı Vətən müharibəsi qazisi Şahin Zeynalov, Gənlər və İdman idarəsinin rəis müavini Aydın Qasımov, Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun metodisti Elxan Əliyev, Qarabağ müharibəsi veteranları, əlilləri və Şəhid ailələri ictimai birliyinin sədri Etibar Hüseynov və məktəbin müəllimləri iştirak etdilər.
Şagirdlər Şəhidin həyatı və şərəfli döyüş yolundan danışıblar. Şəhidə həsr olunmuş şeir, mahnı və videoçarx nümayiş olunub.