18.01.2023

Şuşa rayonunun 2 və 6 nömrəli məktəblərində şagirdlər arasında rəsm müsabiqəsi keçirilib

Yanvarın 18-də 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar olaraq Şuşa rayonunun 2 və 6 nömrəli məktəblərində şagirdlər arasında rəsm müsabiqəsi keçirilib.

Şagirdlər 20 Yanvar faciəsini əks etdirən müxtəlif rəsmlər çəkərək həmin qanlı gecəni öz düşüncələrinə uyğun təsvir ediblər.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərimizin vətənpərvərlik ruhunun, Vətən sevgisinin, Vətəni qorumaq bacarığının nə qədər yüksək olduğunu göstərməkdir.


Açar sözlər: ,  ,  ,