19.01.2023

“20 Yanvar Hadisələrinə Siyasi Qiymət Verilməsində Dahi Lider Heydər Əliyevin Rolu” mövzusunda tədbir keçirilib

18 yanvar 2023-cü il tarixində “20 Yanvar Faciəsi”-nin 33-cü ildönümünə həsrolunmuş tədbir keçirilib.

Tədbir Ağcabədi rayon T.Əliyev adına Xocavənd kənd 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin, Mərkəz əməkdaşlarının iştirakı ilə baş tutub. İlk öncə 20 yanvar faciəsi qurbanlarının və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

T.Əliyev adına Xocavənd kənd 2 saylı tam orta məktəbin tarix müəllimi İlahə Mütəllimova 20 yanvar hadisələri haqqında ətraflı məlumat verərək qeyd edibki, xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır.

Sonra məktəbin şagirdləri tərəfindən tarın sədaları altında şeir kompazisiyaları səsləndirilib. Mərkəzin bələdçisi Səbinə Mamedova tərəfindən "20 Yanvar Qan Yaddaşımızdır!" adlı sərgi ilə tanış edilib.

Sonda xatirə şəkli çəkdirilib.

 


Açar sözlər: ,