25.01.2023

Böyük Summativ Qiymətləndirmələr (BSQ) həm əyani, həm də "Virtual məktəb"(Microsoft Teams) platformasından davam edir

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində 2022-2023-cü tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) həm əyani, həm də "Virtual məktəb"(Microsoft Teams) platformasından davam edir.

BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.

Qeyd edək ki, BSQ-nin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarım illik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.


Açar sözlər: ,  ,