Tərtər rayon İcra Hakimiyyətinin Başçısl Müstəqim Məmmədov Budo üzrə Astara rayonunda keçirilən zona yarışında qələbə qazanan şagirdlərlə görüş keçirib.
Görüşdə Azərbaycan Budo Döyüş Növləri Federasiyasının Astara rayonunda keçirdiyi açıq çempionatda iştirak edərək I yeri tutan "Qızıl Kəmər" qazanmış şagirdlər Arzuman Səfərli, Məhəmmədəli Quliyev, İsrafil Əliyev, Şamxal Abuzərli, Sevda İmanova, Fərid Mehdiyev və Təbriz Quluzadə iştirak ediblər.