03.02.2023

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənc təhsil işçiləri ilə görüş keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənc təhsil işçiləri ilə görüş keçirilib.

 

Tədbirdə regional idarənin rəhbərliyi və əməkdaşları, gənc direktorlar və pedaqoji heyət, şəhid ailəsindən olan gənclər, müharibə iştirakçıları, həmçinin "Əməkdar" və "Tərəqqi" medalı ilə təltif edilmiş müəllimlər və digər qonaqlar iştirak ediblər.

 

Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən gənclər siyasəti barədə bəhs edilib. Bildirilib ki, müəllimlərin işə qəbulunda, təhsil müəssisələrində müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərə üstünlük verilməsi, eyni zamanda ucqar dağ kəndlərində pedaqoji fəaliyyətə başlayan gənclərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi gənclər siyasətinin bariz nümunəsidir.

 

Daha sonra gənc təhsil işçiləri öz həyat hekayələrini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Sonda gənclər siyasətinin həyata keçirilməsində səmərəli və aktiv fəaliyyətinə görə bir qrup müəllim və gənc sektor əməkdaşları, habelə elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən təhsil işçiləri idarənin rəhbərliyi tərəfindən təltif olunublar.


Açar sözlər: ,  ,  ,