02.02.2023

“2 fevral–Gənclər Günü” münasibəti ilə ümumtəhsil məktəblərində tədbirlər keçirilib

“2 fevral – Gənclər Günü” münasibəti ilə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədbirlər keçirilib.

 

Tədbirlərdə Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən, eyni zamanda gənclərin dövlətin diqqət və qayğısı ilə daim əhatələndiyindən bəhs edilib. Görüşlər şagirdlərin hazırladığı konsert proqramı ilə davam edib.

 

Sonda məktəbin ictimai işlərində fəallıq göstərən bir qrup şagird "Fəxri fərman"la təltif edilib.

 


Açar sözlər: ,  ,  ,