06.02.2023

Azad Şuşanın qurucu STEAM şagirdləri layihəsinin bağlanış tədbiri keçirilib

Şuşa rayon 24 nömrəli ümumi orta məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi fərdi kateqoriya üzrə qalib layihələrindən olan Azad Şuşanın qurucu STEAM şagirdləri layihəsinin bağlanış tədbiri keçirilib.

Tədbirdə məktəbin müəllim kollektivi, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin rəhbərliyi, Ağdaş rayon Xınaxlı kənd ümumi orta məktəbin informatika müəllimi, təlimçilər, layihə köməkçiləri, media nümayəndələri, valideynlər iştirak ediblər.

Dövlət himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə, şəhidlərin əziz ruhlarına hörmət əlaməti olaraq bir dəqiqəlik sükutdan sonra layihə rəhbəri Yasəman Mustafazadə tədbirə giriş sözü ilə başlamış, layihənin məqsədi, vəzifələrini yada saldıqdan sonra 4 ay müddətində icra olunan layihənin təlimlərini əks etdirən təqdimat nümayiş etdirib.


Açar sözlər: ,  ,  ,