13.02.2023

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "Heydər Əliyev İli" nə həsr edilmiş rəsm müsabiqəsi keçirilib

Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Tərtər rayon Təhsil Sektorunun birgə  təşkilatçılığı ilə  rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "Heydər Əliyev İli" nə həsr edilmiş rəsm müsabiqəsi keçirilib.

Tədbiri YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov açaraq  rəsm müsabiqəsinin keçirilməsinin məqsədi barədə məlumat verərək, Ulu Öndərin uşaq və gənclərə, Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Rəsm müsabiqəsinə məktəblilərin çəkdiyi  36  rəsm təqdim olunub. Rayonunun Güləbatlı kənd tam orta məktəbinin VIII sinif şagirdi Sarıyeva Könül Natiq qızı I yerə, Əskipara kənd tam orta məktəbin VI sinif şagirdi Salmanzadə İlkin Əlövsət oğlu II yerə, Səhləbad kənd tam orta məktəbin VI sinif şagirdi Babayev Yusif İlham oğlu III yerə layiq görülüb.

Sonda qaliblərə YAP Tərtər Rayon Təşkilatı tərəfindən “Təşəkkürnamə” lər təqdim edilib.


Açar sözlər: ,  ,