17 fevral 2023-cü il tarixdə Xocalı şəhər 4 nömrəli tam orta məktəbdə Xocalı rayon İcra Hakimiyyəti, Xocalı rayon Polis Şöbəsi və Xocalı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Məişət zorakılığı problemi və bu problemə qarşı birgə mübarizə tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğunu və demək olar ki, məişət zorakılığının əksər ailələrdə özünü müəyyən formalarda biruzə verdiyini, bəzən fiziki, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırıblar.